Ötən ay qeyri-neft sektoru üzrə ixracda 50,4% artım olub - Hesabat

10.11.2021,10:19


10 noyabr, Fineko/abc.az. Normallaşma prosesinin davam etdiyi dövrdə oktyabr ayı üzrə ixrac 2,2 mlrd ABŞ dolları təşkil edib.

ABC.AZ-ın məlumatına görə, bu “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb.

Sözügedən dövrdə qeyri-neft sektoru üzrə ixracda artım 50,4% təşkil etməklə 244,6 mln ABŞ dolları olub. 2021-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 76,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-yeyinti məhsulları üzrə isə 2 dəfə artaraq 168 milyon ABŞ dolları təşkil edib.