Öhdəlikləri 1 mlrd manatdan çox olan banklar - Siyahı

11:11 - 10.11.2021


10 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il oktyabrın 1-nə öhdəlikləri 1 milyard manatdan çox olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (8 020,674 milyon manat), “PAŞA Bank” (5 508,536 milyon manat), “Kapital Bank” (5 315,888 milyon manat), “Xalq Bank” (1 776,342 milyon manat) və “Bank Respublika” (1 099,847 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 18-də öhdəliklər 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 1 bankda isə 10 milyon manatdan azdır.

Bütün xəbərlər