Bu il iqtisadi artım nə qədər olacaq? - Mikayıl Cabbarovdan açıqlama

15:02 - 10.11.2021


10 noyabr, Fineko/abc.az . Bu il ölkədə iqtisadi artımın 5%-dən çox olması gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında  zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, qeyri-neft sektorunda iqtisadi artımın sürətlənməsinə təkan verən amillər mövcuddur: “Cari ilin 9 ayında qeyri-neft sektorunda əlavə dəyər artıb. Son illər hökumət tərəfindən sənaye zonalarının inkişafı üçün siyasət həyata keçirilib. Tikinti sektorundan əlavə, dəyərin artımı hələ ki, mənfi zonadadır. Son illər sənaye zonalarına əhəmiyyətli investisiya yatırımları olub. Bu günədək ölkədə 510-dan çox investisiya təşviqi sənədi verilib. Dövlət investisiyalarına gəldikdə, 2022-ci ilin ilkin büdcə layihəsində bu istiqamətə əsaslı vəsait qoyulub. Prezidentin şəxsi təşəbbüsü nəticəsində bu sahəyə ayrılan vəsait artırılıb. Bu da investisiyaların həcminin artırılmasına öz təsirini göstərəcək".

Bütün xəbərlər