Sosial-iqtisadi inkişaf strategiyasının reallaşması üçün bu qədər vəsait lazımdır

16:21 - 10.11.2021


10 noyabr, Fineko/abc.az İşğaldan azad olan ərazilərin maliyyələşməsi istisna olmaqla, strategiyanın reallaşması üçün tələb olunan vəsaitin ümumi həcmi 20 milyard manata yaxındır və bunun da 10,8 milyard manatı dövlət büdcəsinin üzərinə düşür. ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasınd iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, sözügedən strategiya layihəsinin uğurla həyata keçirildiyi təqdirdə, ölkədə 2022-2026-cı illərdə ÜDM-in ortaillik artım tempinin 3,9%, qeyri-neft ÜDM-in isə 5% səviyyəsində formalaşacağı gözlənilir.
Bütün xəbərlər