Rusiyadan gətirilən bu qədər kartof məhv edildi

15:17 - 11.11.2021


11 noyabr, Fineko/abc.az Fiziki şəxs Məcidov Əhliman Əli oğlu tərəfindən Rusiyadan ölkəmizə idxal edilən 67000 kq toxumluq kartof məhsuluna Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən baxış keçirilib.

ABC.AZ xəbər verir ki, baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək  laboratoriyda müayinələrə cəlb olunub. Müayinələr nəticəsində nümunələrdə karantin tətbiq edilən orqanizm (“Ralstonia solanacearum” - kartofun qonur çürüməsi) aşkar edilib.

Agentlik tərəfindən istifadəyə yararsız toxumluq kartof məhsulu partiyasının məhv edilməsi barədə qərar qəbul edilib.

Bütün xəbərlər