Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistan Regional Maliyyə Assosiasiyası təsis etdilər

11:23 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Bu gün Bakıda kredit məlumatlarının mübadiləsi üzrə Regional Assosiasiyanın yaradılması haqqında saziş imzalanıb.

İmzalanma Dünya Bankı Qrupu və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təşkil edilib.

Saziş, Assosiasiyanın  üzvü olan Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ukrayna və Özbəkistanın kredit reyestrləri arasında imzalanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışovun sözlərinə görə, belə bir assosiasiyanın təsis edilməsi rəqəmsal iqtisadiyyatın əsaslarına uyğundur.

“Kredit təşkilatları arasında məlumat mübadiləsi kredit hesabat sistemini inkişaf etdirməyə imkan verəcək, özəl kredit bürolarının inkişafını və maliyyə təminatına çıxış təmin edəcək”, - deyə İbrahim Alışov bildirib.

 

Bütün xəbərlər