Yeddi rayonda yataqlar hərraca çıxarılacaq

10:03 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. Yer təkindən istifadə ilə bağlı 06 dekabr və 9 dekabr 2021-ci il tarixində saat 11:00-da hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, 6 dekabrda 4 rayonda , 9 dekabrda isə 3 rayonda olan yataqlar hərraca çıxarılır.

Yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 02 dekabr 2021-ci il saat  16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər.

Bütün xəbərlər