Muzdla işçilərin sayı artıb - Hesabat

12.11.2021,12:30


12 noyabr, Fineko/abc.az . Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 min nəfər artıb. Dövlət StatistikaKomitəsindən ABC.AZ-a daxil olan məlumata görə, sözügedən dövrdə muzdlu çalışanların sayı 1,1 % artaraq 1 699,3 min nəfər olub. Onlardan 903,6 min nəfəri dövlət sektorunda, 795,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,2%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6%-i tikinti, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13,8%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.