Sənaye zonaları indiyədək etdiyi məhsul istehsalnı açıqlayıb

15:47 - 12.11.2021


12 noyabr, Fineko/abc.az. Sənaye zonalarında indiyədək 5 milyard manatdan çox məhsul istehsal edilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, bunun 1,4 milyard manatlıq hissəsi və ya təxminən 28%-i ixrac olunub. 2021-ci ilin 9 ayında isə sənaye zonalarında məhsul istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,4% artaraq 1,5 milyard manatdan çox, ixrac isə 2 dəfə artımla 545 milyon manat təşkil edib. Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 14,3%, ixracında 25,9% olub.

Bütün xəbərlər