Nəhəng şirkət ikiyə ayrılır

17:30 - 12.11.2021


12 noyabr, Fineko/abc.az.  Dünyanın ən böyük əczaçılıq şirkətlərindən olan “Johnson & Johnson” iki şirkətə bölünəcək.

ABC.AZ-ın məlumatına görə, bölündükdən sonra şirkətlərdən biri “Band-Aid” yapışqanları, “Tylenol” dərmanları, “Johnson’s Baby Powder” uşaq pudrası kimi istehlak malları üzrə, digəri isə resept əsasında satılan dərmanlar və tibbi texnikalar üzrə ixtisaslaşacaq. Bölünmə prosesinin 18-24 ay ərzində yekunlaşacağı nəzərdə tutulub.

Bütün xəbərlər