Aktiv vergiödəyicilərinin sayı xeyli artıb -Hesabat

11:04 - 15.11.2021


15 noyabr, Fineko/abc.az. Cari il noyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 6,2 faiz artaraq 654 min 465 təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a bildirilib ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 15,6 faiz artıb və 33 min 700-ə çatıb.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 7,9 faiz artaraq 180 min 292 ədəd təşkil edib.

Bütün xəbərlər