İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 107,3 milyon manat olub - Hesabat

11:18 - 15.11.2021


15 noyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-oktyabr ayları ərzində işsizlikdən sığorta haqları üzrə daxilolmalar 107,3 milyon manat olub.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 faiz artım deməkdir. Bununla da proqnoz 108,4 faiz icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,3 faiz artaraq 79,5 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 110,5 faiz icra olunub.

Bütün xəbərlər