İndiyədək Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub

11:52 - 15.11.2021


15 noyabr, Fineko/abc.az İndiyə kimi Azərbaycan iqtisadiyyatına 300 mlrd dollar pul qoyulub.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (IBF) Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. O qeyd edib ki, 1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: "O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard dollar investisiyanın 6,3 milyard dolları artıq yatırılıb. Bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək.

Bütün xəbərlər