Doqquz ayda özəl sektora investisiyalarda 11% real artım müşahidə olunub - Nazir

12:11 - 15.11.2021


15 noyabr, Fineko/abc.az Azərbaycanın bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 mlrd. manat həcmində investisiyaların 6,3 mlrd. manatı artıq həyata keçirilib.

ABC.AZ Apa-ya istinadən  xəbər verir ki, bu barədə Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkətini (ABƏŞ) çıxmaq şərti ilə cari ilin ilk doqquz ayında özəl sektora investisiyalarda 11% real artım müşahidə olunub. "Hazırda növbəti 5 ili əhatə edən və bu ilin əvvəlində ölkə başçısı tərəfindən təsdiq edilən inkişaf prioritetlərinə uyğun tərtib edilən strateji inkişaf planı təsdiqlənmə ərəfəsindədir. İnkişafın əsas drayverləri kimi özəl sektorun və dövlət-özəl tərəfdaşlığının alətlərini müəyyənləşdirən bu sənəd Baş nazirin ümumi rəhbərliyi ilə 10 işçi qrupu tərəfindən hazırlanaraq ölkənin inkişaf perspektivlərini ehtiva edir", - deyə M. Cabbarov qeyd edib.

Bütün xəbərlər