Şuşada bir neçə layihənin maliyyələşdirilməsı üzrə danışıqlar bitib

15.11.2021,14:37


15 noyabr, Fineko/abc.az  Şuşa şəhərində həyata keçirilən bir neçə layihənin tam maliyyələşdirilməsi üzrə danışıqlar yekunlaşıb.

ABC.AZ-ın məlumatına görə, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

O qeyd edib ki, hazırda bu istiqamətdə texniki məsələlərin yekunlaşdırılması üzrə işlər aparılır.