Yasamalda sökülən "xruşovka"ların yerində nə tikiləcəyi açıqlandı

16:45 - 15.11.2021


15 noyabr, Fineko/abc.az Xəbər verdiyimiz kimi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən "xruşovka"ların söküntüsünə başlanılıb. ABC.AZ-ın məlumatına görə, hazırda sökülməkdə olan "xruşovka"ların yerində yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. Bu barədə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib. Bildirilib ki, ərazidə tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib. "Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır. Qeyd edilən ünvanda “SmartDom” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır".
Bütün xəbərlər