Azərbaycam Gorus-Qafan yolunda yeni post qurub - Foto

17:05 - 15.11.2021


15 noyabr, Fineko/abc.az Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir. ABC.AZ xəbər verir ki, DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Gorus-Qafan yolunda xidmət aparan polis əməkdaşlarının fotolarını sosial şəbəkə hesabında paylaşıb. “Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir. Qarabağ Azərbaycandır!”, - deyə o, paylaşımında qeyd edib.

Bütün xəbərlər