Azərbaycanda bu qədər işsiz var - Statistika

10:12 - 16.11.2021


16 noyabr, Fineko/abc.az.  2021-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 299,8 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, onlardan 4 milyon 984,5 min nəfərini məşğul əhali, 315.3 min nəfərini (5,9%-ni) işsizlər təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 699,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 795,7 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,7 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 667,6 min nəfər çalışıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər