Ermənistan mövqelərimizi atəşə tutdu - Nazirlik məlumat yaydı

11:05 - 16.11.2021


16 noyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribatları barədə növbəti məlumatı yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i saat 16.15-dən etibarən noyabrın 16-sı saat 04.30-dək Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə intensiv atəşə tutub.

Qarşı tərəfin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bütün xəbərlər