ARDNŞ istiqrazlarının dividendləri 7,5 milyon dollara çatdı

13:24 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Dövlət Neft Şirkətinin (ARDNŞ) istiqrazlarının sahiblərinin dividendləri 7,5 milyon dollara çatıb.

“SOCAR Capital” şirkətinin məlumatında deyilir ki, bu gün, ARDNŞ istiqrazlarının sahiblərinə, faiz gəlirlərinin növbəti ödənişi həyata keçirilib.

“Bu gün ARDNŞ istiqrazlarının sahibləri, hər istiqraza 12,5 dollar və ya cəmi 1,250 milyon dollar almışlar. Bu, sahiblərə dividendlərin altıncı ödənişidir və beləliklə, istiqrazların ödənişli faizli gəlirlərinin ümumi həcmi 7,5 milyon dollara qədər çatdırılıb”, - məlumatda belə deyilir.

2021-ci ilə qədər ARDNŞ istiqrazlarının sahibləri ümumilikdə 25 milyon dollar dividend alacaqlar.

 

 

Bütün xəbərlər