Azərbaycanda 3 bankın nizamnamə kapitalı artıb

12:06 - 16.11.2021


16 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 3-nün bu il oktyabrın 1-nə nizamnamə kapitalı illik müqayisədə çox olub.

ABC.AZ  renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Turan Bank”, “Yelo Bank” və “Muğan Bank” ASC-lərdir.

Ən yüksək dinamika “Turan Bank”da (14,3%), ən aşağı dinamika isə “Muğan Bank”da (4,9%) qeydə alınıb.
Qalan 23 bankın nizamnamə kapitalı dəyişməyib.

Bütün xəbərlər