Azərbaycanda dövlət əmlakının 90 obyekti özəlləşdirilib

13:33 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakı obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirib.

Dövlət komitəsinin məlumatında deyilir ki,  hərraca cəmi 90 dövlət əmlakı çıxarılıb.

“Obyektlərin sırasında, o cümlədən, 26 kiçik dövlət müəssisəsi və obyekti, 29 qeyri-yaşayış sahəsi, 35 nəqliyyat vasitəsi qeyd edilir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, 199 obyektin çıxarılacağı növbəti hərrac mayın 1-də keçiriləcək.

 

Bütün xəbərlər