Valyuta hərracında dolların manata nisbətdə vəziyyəti dəyişmədi

14:01 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Bu gün Azərbacan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“Aprelin 17-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan belə bildirildi.

Daha öncə, aprelin 12-də keçirilən valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər