Müdafiə nazirliyi rəsmisi brifinq keçirir - Vəziyyətə nəzarət edirik

16:01 - 16.11.2021


16 noyabr, Fineko/abc.az. Müdafiə Nazirliyi Ermənistanın sərhəddə törətdiyi təxribatlarla bağlı brifinq keçirir.

ABC.AZ xəbər verir ki, nazirliyin mətbuat katibi Anar Eyvazov bildirib ki, son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib: “Qəfil hərbi əməliyyatlara başlanılıb.

Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur". O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır". 

Bütün xəbərlər