Düşmənin hərbi texnikası hədəf altındadır - Nazirlik məlumat yaydı

16:49 - 16.11.2021


16 noyabr, Fineko/abc.az Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı tərəfə məxsus döyüş texnikası sıradan çıxarılıb. Əməliyyat taktiki üstünlük Azərbaycan Ordusunun bölmələri tərəfindədir.
Bütün xəbərlər