Qətərdə Azərbaycanın turizm imkanları təbliğ olunur - Foto

16.11.2021,17:07


16 noyabr, Fineko/abc.az . Azərbaycanın turizm imkanları Qətərin paytaxtı Dohada işinə başlayan “Qatar Travel Mart” sərgisində nümayiş olunur.

ABC.AZ-ın məlumatına görə, noyabrın 18-dək davam edəcək sərgidə Azərbaycana həsr olunan panel sessiya keçirilib. 

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Qətərin ölkəmiz üçün hədəf turizm bazarlarından biri olduğunu vurğulayaraq turizm potensialının tanıdılması və təbliğatı məqsədilə keçirilən bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, Qətərlə vizanın ləğvindən sonra yaranan yeni əməkdaşlıq imkanlarından bəhs edib. Həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatına gələcək azarkeşlərin bir hissəsinin Azərbaycana da səfər etməsini nəzərdə tutan xüsusi turistik paketlərin hazırlanmasının mümkünlüyü haqqında danışıb.

Müəllif: Elmir Murad