Çin ABŞ-ı üstələdi - Birinin 120, digərinin 90 trilyon dolçar sərvəti var

10:59 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  McKinsey & Co-nun yeni hesabatına görə, Çin qlobal səviyyədə ən böyük xalis sərvət toplayan ölkə kimi ABŞ-ı geridə qoyub.

ABC.AZ xəbər verir ki, hesabata görə, 2000-ci ildə sərvəti 7 trilyon dollar olan Çinin 2020-ci ilədək sərvəti 17 dəfə artaraq 120 trilyon dollara çatıb. ABŞ isə eyni dövrdə sərvətini iki dəfə artırıb.

Vaşinqtonun 2020-ci ildə xalis sərvəti  90 trilyon dollara çatıb. Hesabatda hər iki ölkədə toplanan sərvətin üçdə ikisindən çoxunun əhalinin ən zəngin 10 faizinə məxsus olduğu və bu payın getdikcə artdığı bildirilib. Qlobal sərvət 2000-ci ildəki 156 trilyon dollardan 2020-ci ildə 514 trilyon dollara yüksəlib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər