Azərbaycan Ordusu 7 şəhid verib - Nazirlik açıqladı

11:18 - 17.11.2021


17 noyabr, Fineko/abc.az     Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu yeddi şəhid verib. 
ABC.AZ Müdafiə Nazirliyinə istinadən şəhid olan hərbi qulluqçuların adlarını təqdim edir:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;

- gizir Cabbarov Orxan Hətəm oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

- əsgər Ağayev Elçin Mərifət oğlu;

- əsgər Əlizadə Elmin Samir oğlu;

- əsgər Əliyev Elçin Ramil oğlu;

- əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər