Nazirlikdən açıqlama - 10 yaralımız var

11:31 - 17.11.2021


17 noyabr, Fineko/abc.az. Müdafiə nazirliyi noyabrın 16-da döyüşlər zamanı 10 nəfər hərbi qulluqçumuzun yaralandığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib. Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

 

Azərbaycan Ordusu 7 şəhid verib - Nazirlik açıqladı

Bütün xəbərlər