DSMF-nin gəlirləri və xərcləri 5 milyard 307 milyon manat proqnozlaşdırılır - Deputat

11:58 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  Milli Məclisdə büdcə müzakirələri davam edir.

ABC.AZ-ın məlumatına görə, iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Məsələ barədə məlumat verən parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, 2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır.

O qeyd edib ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur: "Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədi ilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq".

 

DSMF-nin ümumi xərclərinin 5 milyard manatdan çoxunu əhaliyə ödənişlər təşkil edəcək

Bütün xəbərlər