DSMF-nin ümumi xərclərinin 5 milyard manatdan çoxunu əhaliyə ödənişlər təşkil edəcək

12:00 - 17.11.2021


17 noyabr, Fineko/abc.az Gələn il büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək. ABC.AZ xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

O qeyd edib ki, gəlirlərin artımı orta aylıq əmək haqqının artımı ilə şərtləndirilir. "Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır". 

İclasda bildirilib ki, 2022-ci ildə Fondun büdcəsini balanslaşdırma məqsədi ilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 146 milyon manat proqnozlaşdırılır. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,7%-i və ya 5 milyard 133 milyon manatını əhaliyə ödənişlər təşkil edəcək. Bu isə 2021-ci ilin gözlənilən icrasından 226,2 milyon manat və ya 4,6% çoxdur.

 

DSMF-nin gəlirləri və xərcləri 5 milyard 307 milyon manat proqnozlaşdırılır - Deputat

Bütün xəbərlər