Bu sosial ödənişlər gələn ildən artaraq belə olacaq - Siyahı

12:18 - 17.11.2021


17 noyabr, Fineko/abc.az . Xəbər verdiyimiz kimi Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil etmiş, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372  manat təşkil edəcək. 

"Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilmiş, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir" deyə M.Quliyev qeyd edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər