Hərbçilər hansı halda mənzil sahibi ola biləcək? - Yeni qanun layihəsi

17.11.2021,14:13


17 noyabr, Fineko/abc.az. 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara növbəlilik əsasında yaşayış sahəsi və ya öz arzusu ilə yaşayış sahəsi əvəzinə pul kompensasiyası ödəniləcək.

ABC.AZ-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Qanun layihəsində 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçuların (ehtiyata və ya istefaya buraxılmış şəxslərin), eləcə də xidməti vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar xidmət müddətindən asılı olmayaraq I dərəcə və ya 10 təqvim ili xidmət etmiş II dərəcə əlilliyi olan, habelə döyüş əməliyyatları zamanı xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan şəxslərin xüsusi mülkiyyətinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada mərhələli şəkildə xidmət illəri nəzərə alınmaqla növbəlilik əsasında yaşayış sahəsi verilir və ya onlara öz arzusu ilə yaşayış sahəsi əvəzinə pul kompensasiyası ödənilməsi təklif olunur.

 

Hərbi qulluqçular məzuniyyətə çıxarkən daha çox müavinət alacaq - Təklif