Hərbi qulluqçular məzuniyyətə çıxarkən daha çox müavinət alacaq - Təklif

17.11.2021,14:17


17 noyabr, Fineko/abc.az Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.

ABC.AZ-ın məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Yeni qanun layihəsində qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında ödəniləcək.

Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.

 

Hərbçilər hansı halda mənzil sahibi ola biləcək? - Yeni qanun layihəsi