Avtobuslarla sərnişin daşınma azalıb, taksilərlə isə artıb

17.11.2021,15:14


17 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtobuslarla 826 845,1 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu da illik müqayisədə 8,9% azdır. Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında avtobus nəqliyyatı ilə 907 156,4 min sərnişin daşınıb. Məlumata görə, hesabat dövründə minik taksilərindən 74 171 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 2,1 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-oktyabr aylarında taksi xidmətlərindən 35 984,6 min nəfər istifadə edib.