Azərbaycan dronları ixrac edəcək

15:51 - 17.04.2018


17 aprel, Fineko/abc.az. Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı (YTP)  “Azexport” portalı ilə birlikdə dronların ixracına hazırlaşır.

Portalın rəhbəri Zaur Qardaşov bildirib ki, beynəlxalq bazarda ən tələb olunan mallardan biri dronlardır.

“Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20% artır. Yüksək Texnologiyalar Parkı (YTP) və  “Azexport” portalı  bu məhsulun portalda yerləşdirilməsi və beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə ediblər”, - Z.Qardaşov bildirib.

Onun sözlərinə görə, həmçinin,  “Azexport” portalı vasitəsilə daxili bazarda dronların kiçik miqdarda paylanması barədə razılıq da əldə edilib.

 

Bütün xəbərlər