Yaşayış minimumu 14 manat artırıldı - Milli Məclis qanunu qəbul etdi

15:24 - 17.11.2021


17 noyabr, Fineko/abc.az 2022-ci ildə yaşayış minimumunun həddi 210 manat məbləğində müəyyən edilir. ABC.AZ xəbər verir ki, bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilir. Qeyd edək ki, 2021-ci ildə yaşayış minimumu 196 manat olub. Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Müəllif: Elmir Murad
Bütün xəbərlər