Ehtiyac meyarı 30 manat artırıldı - Qanun layihəsi qəbul edildi

15:35 - 17.11.2021


17 noyabr, Fineko/abc.az 2022-ci ildə ehtiyac həddi 200 manat məbləğində müəyyən edilib. ABC.AZ-ın məlumatına görə, bu “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir. Ötən il ehtiyac meyarının həddi 170 manat olub. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bütün xəbərlər