Bu mallar aksizli malların siyahısına daxil edilir - Siyahı və rüsumlar

15:55 - 17.11.2021


17 noyabr, Fineko/abc.az. Milli Məclisin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, dəyişikliklə tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilir.

Layihəyə əsasən, tütün əvəzləyicilərinin hər kiloqramına 30,0 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq olunur.

Siqaret məhsullarına görə aksiz vergi dərəcəsinin 1000 ədədinə görə 38,5 manat olması müəyyən olunur. Qeyd edək ki, daha əvvəl siqaret məhsullarına görə aksiz vergi dərəcəsi 1000 ədədinə görə 35 manat idi.

Bütün xəbərlər