KOBİA və Rusiya İxrac Mərkəzi əməkdaşlıq edəcək

16:44 - 17.11.2021


17 noyabr, Fineko/abc.az, Noyabrın 17-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Rusiya İxrac Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ-ın məlumatına görə, “Ağıllı şəhər”ə dair Rusiyanın biznes missiyası ilə görüş çərçivəsində sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiya İxrac Mərkəzi adından  Azər Talıbov imzalayıblar.

Anlaşma Memorandumu Azərbaycan və Rusiya arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsini, ixrac və sənaye sektoru üzrə məlumat mübadiləsini, qarşılıqlı biznes missiyaların və digər tədbirlərin təşkilini və s. nəzərdə tutur.

Bütün xəbərlər