Azərbaycanda vurulan vaksinlərin sayı 10 milyonu ötdü

17:00 - 17.11.2021


17 noyabr, Fineko/abc.az.  Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 784 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 864, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7 712, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 21 208 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 10 165 834, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 033 346, ikinci mərhələ üzrə 4 498 072, “buster” doza üzrə isə 634 416 nəfər təşkil edir.

Bütün xəbərlər