“Kəpəz" BOKT nizamnamə kapitalını artırıb - 45 faizdən çox

12:16 - 18.11.2021


18 noyabr, Fineko/abc.az     2013-cü ildə yaradılan “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 815 000 manata çatdırıb.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bununla da son əməliyyatla “Kəpəz BOKT” MMC-nin nizamnamə kapitalı 255 000 manat, yaxud 45.5% artırılmış olur.

BOKT-un nizamnamə kapitalı sonuncu dəfə 2019-cu ilin iyulunda 260 min manat və yaxud 86.7% artıraraq 300 min manatdan 560 min manata çatdırıb.

Bütün xəbərlər