Yaşamaq üçün Azərbaycanı seçənlərin sayı artıb

15:00 - 18.11.2021


18 noyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr ayları ərzində daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqıanıb.

ABC.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən sözügedən dövrsə daimi yaşamaq üçün Azərbaycana 1847 nəfər gələn, Azərbaycandan isə 355 nəfər gedən qeydə alınıb. Qeyd olunan müddət ərzində miqrasiya saldosu müsbət 1492 nəfər təşkil edib.

Ötən illə müqayisədə daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı artıb. Belə ki, ötən ilin eyni dövründə daimi yaşamaq üçün Azərbaycana 1241 nəfər gələn, Azərbaycandan isə 461 nəfər gedən qeydə alınıb. Müəllif: Elmir Murad

Bütün xəbərlər