Türkiyə Mərkəzi Bankı faiz qərarı verdi - Lirə yenidən ucuzlaşdı

15:47 - 18.11.2021


18 noyabr, Fineko/abc.az.  Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.

ABC.AZ xəbər verir ki, gözlənildiyi kimi Türkiyə Mərkəzi Bankı əsas pul siyasəti faizni 1 faiz bəndi aşağı salaraq 16%-dən 15%-ə endirib. Qərardan sonra Türk Lirəsi yenidən dəyərdən düşməyə başlayıb.

Bu gün 10,9680 səviyyəsini görən, sonra 10,46 səviyyəsindək düşən  Dollar/TL məzənnəsi qərar açıqlandıqdan sonra 3% artaraq 10,97 səviyyələrinə qalxıb.

Bütün xəbərlər