On ayda neçə nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib?

16:10 - 18.11.2021


18 noyabr, Fineko/abc.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 10 ayı ərzində ümumilikdə 3 033 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.

Agentlikdən ABC.AZ-a verilən məlumata görə, ötən ildən ödənişi davam edənlər də daxil olmaqla 12 164 nəfərə bu müddət ərzində sığorta ödənişi həyata keçirilib.

Qeyd edək ki, işsizlikdən sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda təyin edilir. Əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə isə bu ödənişin təyinatı işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 ay ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda həyata keçirilir.

Bütün xəbərlər