Ləğv prosesində olan sığorta şirkətinin baş ofisi satılır - Hərrac olacaq

17:27 - 18.11.2021


 18 noyabr, Fineko/abc.az.  Noyabrın 23-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 9-cu hərrac keçiriləcək.

ABC.AZ  xəbər verir ki, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1 092,5 min manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 10 925 manat beh kimi ödənilməlidir.

Bütün xəbərlər