Dövlət Xidməti Agentliklə birgə hərrac keçirəcək

17:32 - 18.11.2021


18 noyabr, Fineko/abc.az . Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti dəfə hərrac keçirəcək.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan “Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, “Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Bütün xəbərlər