Qarabağa turizm marşurutları açılacaq

11:19 - 19.11.2021


19 noyabr, Fineko/abc.az   Qarabağda turizmin inkişafı ilə bağlı Dövlət Turizm Agentliyi tərəfindən layihə hazırlanıb. ABC.AZ-ın məlumatına görə, azad olunan ərazilərdəki turizm resursları və obyektləri bu layihə əsasında qiymətləndiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Dövlət Turizm Agentliyindən bildiriblər. Qeyd olunub ki, prosesə Türkiyədən ekspert və mütəxəssislərin dəvət olunması da nəzərdə tutulur.

"Bundan başqa, işğaldan azad olunmuş ərazilərlə bağlı ilk günlərdən etibarən turizm strategiyası hazırlanıb və strategiyaya uyğun olaraq turizm marşrutlarının konsepsiyası hazırlanaraq müvafiq orqanlara təqdim edilib. İlk olaraq, "Yolumuz Ağdama", "Yolumuz Füzuliyə" və "Yolumuz Xocavəndə" adlı turizm marşrutlarının konsepsiyası işlənib. Bunun əsasında gələcəkdə işğaldan azad olunan ərazilərə turist səfərlərinin açılacağı gündən etibarən müəyyən turların təşkili nəzərdə tutulur" - deyə, qurumdan bildirib.

Bütün xəbərlər