Azərbaycanda nə qədər istixana fəaliyyət göstərir?

19.11.2021,12:16


19 noyabr, Fineko/abc.az. 2021-ci il oktyabr ayının 1-nə ölkədə ümumi sahəsi 1,5 min hektar olan 3174 istixana fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə istixanalarda yetişdirilən əsas məhsullardan olan pomidorun istehsalı 19,8 faiz artaraq 279,1 min ton və xiyarın istehsalı 24,2 faiz artaraq 18,2 min ton olub.

Müəllif: Elmir Murad