Tanınmış şirkətlər batareya zavodu tikəcək

12:50 - 19.11.2021


19 noyabr, Fineko/abc.az. "Toyota Motor" "Panasonic" şirkətilə birgə ABŞ-ın Şimali Karolina ştatında batareya zavodu tikməyə hazırlaşır.

ABC.AZ xəbər verir ki, avtomobil istehsalçısı "Toyota"  ABŞ-a milyardlarla dollarlıq sərmayə yatırmağı planlaşdırır. Məlumata görə, sərmayə elektrikli vasitə istehsalını sürətləndirmək səyləri çərçivəsində həyata keçiriləcək. "Toyota"nın bu qərarı, tamamilə elektrikli vasitə istehsalına qayıdan sektordakı növbəti bir addımdır.

Qeyd edək ki, bir müddət əvvəl də "Ford Motor" və Cənubi Koreyanın "SK Innovation" şirkəti ABŞ-da 11.4 milyard dollarlıq sərmayə ilə batareya zavodu qurmaq üçün razılaşıblar. Müəllif: Elmir Murad

Bütün xəbərlər